Prezident İlham Əliyev: “Azərbaycan qazını alan ölkələrin sayı 14-ə çatıb”

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrini ilə mətbuata bəyanatında Azərbaycan qazının ixrac coğrafiyasının genişləndiyini bildirib.

Dövlət başçısı qeyd edib ki, hazırda Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb və boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında Azərbaycan birinci yerdədir.

İlham Əliyev əlavə edib ki, yeni qaz yataqlarının işlənməsi sayəsində ölkənin əlavə resursları artacaq və bu, həm Slovakiyaya, həm də onun qonşu ölkələrinə Azərbaycan qazının daha böyük həcmdə tədarükünü mümkün edəcək.