İlham Əliyev və Peter Pelleqrini Bratislavada Azadlıq Qapısı abidəsini ziyarət ediblər

Azərbaycan.media xəbər verir ki, dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini Bratislavada yerləşən Azadlıq Qapısı abidəsini ziyarət ediblər.

Ziyarət zamanı əvvəlcə hər iki ölkənin Dövlət himnləri səsləndirilib. Prezidentlər abidənin önünə əklil qoyublar.

Qeyd edək ki, bu abidə 1948-1989-cu illərdə keçmiş Çexoslovakiyadan qaçmağa çalışarkən həlak olanların xatirəsinə həsr olunub.