ABŞ Latın Amerikasında narkokartellərə qarşı yerüstü əməliyyatlara başlayacaq

Azərbaycan.media xəbər verir ki, ABŞ Silahlı Qüvvələri Latın Amerikasında narkotik kartellərinə qarşı mübarizə çərçivəsində tezliklə yerüstü hədəflərə zərbələr endirməyə başlayacaq.

Bunu ABŞ Prezidenti Donald Tramp Dövlət Departamentində keçirilən təntənəli qəbul zamanı bəyan edib.

Prezident Tramp bildirib ki, Vaşinqton bu məsələdə “çox sərt mövqe” tutur və nəticədə ABŞ-a dəniz yolu ilə narkotik tədarükü 94 faiz azalıb.

“Biz eyni prosesi quruda da tətbiq edəcəyik, çünki hər marşrutu bilirik, hər binanı tanıyırıq və onların harada yaşadığını bilirik. Onlar haqqında hər şeyi bilirik,” – deyə Ağ Evin rəhbəri qeyd edib. O əlavə edib ki, ABŞ-də narkotik istifadəsi nəticəsində ötən il təxminən 300 min nəfər ölüb. “Bu, dəhşətli müharibədir və biz buna imkan verməyəcəyik,” – Tramp vurğulayıb.