Biləsuvarda “Lexus” kanala aşdı – 5 nəfər boğularaq öldü
Azərbaycan.media xəbər verir ki, Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Bağbanlar kəndi ərazisində qeydə alınıb.
Gecə saatlarında idarəetməni itirən “Lexus” markalı avtomobil yol kənarındakı kanala aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 5 nəfər suda boğularaq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Oxundu: 17
