Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq Ukrayna münaqişəsinin sona çatacağına inandığını, lakin Zaporojye Atom Elektrik Stansiyasının və Donetsk bölgəsinin statusu ilə bağlı məsələlərin danışıqlar gündəmində qalmaqda davam etdiyini bildirib.
O, Kaliforniyada Ronald Reyqan Prezident Fondu tərəfindən təşkil olunan forumda çıxışı zamanı prosesin son mərhələsinin xüsusilə çətin olduğunu vurğulayıb.
“Məqsədə çatmaq üçün son 10 metr ən çətin hissədir. Hesab edirəm ki, qarşımızda iki əsas problem var: Donetsk bölgəsinin taleyi və nəhəng nüvə obyektinə malik Zaporojye AES. Bu iki məsələ həllini tapsa, digərləri də öz yerinə oturacaq”, – Kelloq qeyd edib.
