Azərbaycan.media xəbər verir ki, Xalq artisti Manaf Ağayev tanınmış müğənni Tacir Şahmalıoğlunun açıqlamalarına münasibət bildirib. Müğənni bu barədə yayımlanan videoda Tacirin özünü “sənətdə bir nömrə” hesab etməsini düzgün yanaşma adlandırmayıb və bunun sənət adamları arasında sağlam rəqabətə uyğun olmadığını vurğulayıb.
Manaf Ağayev videoda qeyd edib ki, Azərbaycanda kifayət qədər güclü səs imkanlarına və ifa bacarığına malik sənətkarlar var və “heç kim özünü hamıdan üstün hesab etməməlidir”. O, Tacir Şahmalıoğlunun bu cür fikirlərinin digər ifaçıların əməyinə hörmətsizlik kimi qiymətləndirilə biləcəyini söyləyib.
Sənətçi həmçinin əlavə edib ki, Tacirin yaxşı səsi və ifası var, lakin hər sənət adamının öz yeri, öz auditoriyası və öz dəsti-xətti mövcuddur.
Manaf Ağayevin bu çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Videoda səslənən fikirlər sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalar yaradıb: bir qrup izləyici müğənnini dəstəkləyib, digər qrup isə Tacirin bacarığını xüsusi vurğulayaraq onu müdafiə edib.
Hazırda hər iki sənətçinin açıqlamaları şou-biznes gündəmində ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır.
Azərbaycan.media
