Azərbaycan.media xəbər verir ki, Amerikanın “Pantone Rəng İnstitutu” 2026-cı ilin əsas rəngini rəsmi olaraq təqdim edib. Gələn il dizayn, moda, interyer və mədəniyyət sahələrinə təsir göstərəcək rəng “Cloud Dancer” – “Bulud rəqqası” adlanır.
İnstitutun icraçı direktoru Litriz Eismanın sözlərinə görə, bu rəng sadəcə neytral tonlara qayıdış deyil, həm də dərin simvolik məna daşıyır. O bildirib ki, “Bulud rəqqası” yaradıcılıqda və düşüncə tərzində yeni səhifə açmaq, şəffaflıq, təmizlik və geniş imkanlar deməkdir.
Qeyd edək ki, Pantone 2025-ci ilin əsas rəngi kimi isti qəhvəyi “17-1230 Mocha Mousse” tonunu seçmişdi.
