Ceyhun Bayramov Vyanada Rumıniya XİN rəhbəri ilə görüşüb

Azərbaycan.media xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in 32-ci Nazirlər Şurasının iclası çərçivəsində Rumıniyanın xarici işlər naziri Oana‑Silvia Toiu ilə görüşüb.

Görüşdə tərəflər Azərbaycan–Rumıniya strateji tərəfdaşlığını, xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-logistika və digər əməkdaşlıq sahələrini müzakirə ediblər.