İran vitse-prezidentinin övladları ağır yol qəzasında dünyasını dəyişib

Azərbaycan.media xəbər verir ki, İranın vitse-prezidenti İsmail Səqqab İsfahaninin övladları, Hüsna və Sübhan, noyabrın 30-da Gərmsar–Tehran magistral yolunda baş vermiş ağır yol qəzasında xəsarət alaraq xəstəxanada vəfat ediblər.

Rəsmi məlumatda bildirilib ki, ağır yaralanan və beyin ölümü diaqnozu qoyulan qızı Hüsna və oğlu Sübhan qəza nəticəsində həyatını itirib.

Xatırladaq ki, eyni qəza zamanı vitse-prezidentin həyat yoldaşı hadisə yerində həlak olmuşdu.

Məlumat Qafqazinfo-dan götürülüb.