Azərbaycan və Ermənistan rəsmiləri Qətərdə sülh forumuna qatılacaqlar

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət HacıyevErmənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Qətərdə keçiriləcək forumda iştirak edəcəklər.

Ermənistan Təhlükəsizlik Şurasının ofisinin məlumatına görə, hər iki rəsmi “Ermənistan və Azərbaycan arasında davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” adlı panel müzakirələrində iştirak edəcək.