Mingəçevirdə yaşlı qadın dəm qazından zəhərlənərək vəfat edib

Azərbaycan.media xəbər verir ki, Mingəçevirdə dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Şəhər sakini, 1962-ci il təvəllüdlü Əntiqə İsmayılova, “Əkinçi” küçəsindəki evlərdən birində zəhərlənmə nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır.