Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumuna edilən hücumu qiymətləndirir

Azərbaycan.media xəbər verir ki, Qazaxıstan hökuməti hazırda Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) edilən hücumdan dəymiş ziyanı qiymətləndirir.

“Kazinform”a istinadən xəbər verilir ki, bu barədə məlumatı energetika nazirinin müavini Erlan Akbarov verib. O bildirib ki, Novorossiyskdə CPC obyektinə hücumdan sonra neftin nəqli adi rejimdə davam edir:

  • Bir körpü tam işlək vəziyyətdədir,

  • İkinci körpünün sistemə qoşulması üçün işlər aparılır.

Hazırda nəql prosesində heç bir məhdudiyyət yoxdur. Hökumət həmçinin zədələnmiş uzaqdan idarə olunan yanalma qurğusuna dəymiş ziyanı qiymətləndirir.

Akbarov əlavə edib ki, Ukrayna tərəfi ilə qarşılıqlı əlaqə məsələləri XİN-in səlahiyyətinə daxildir.