Azərbaycan.media xəbər verir ki, uşağın doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilməsi nəzərdə tutulur.
Publika.az-ın məlumatına görə, məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü onlayn iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Sənəddə vurğulanıb ki, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək keçən günlər qədər ödənişli olaraq uzadılacaq və bu halda doğuşdan sonrakı məzuniyyət qısaldılmayacaq.
Qanun layihəsinə əsasən, uşağının doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və doğuşdan sonra ümumilikdə 14 təqvim günü ödənişli məzuniyyət veriləcək.
