Azərbaycan.media xəbər verir ki, teleaparıcı Nərmin Salmanova “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi vəzifəsinə təyin olunacağı parıcı bu barədə feysbuk hesabında yazıb. Onun sözlərinə görə, Metropoliten tərəfindən vəd edilən şərtlər yerinə yetirilməyib:
“Artıq bir müddətdir “Bakı Metropoliteni” ilə bağlı mənə suallar ünvanlanır. Bildirmək istərdim ki, televiziyadakı fəaliyyətimdən ayrılmağım Metropolitenin təklifi fonunda bu sahədə özümü sınamaq istəyi ilə bağlı oldu. Metropolitenlə uzun danışıqlardan sonra yekun razılıq əldə etsək də, işə çıxıb əmək müqaviləsini imzalayacağım gün mənim üçün vacib olan bəzi şərtlər dəyişdirildi. Bu səbəbdən əməkdaşlıq baş tutmadı”.
Qeyd edək ki, N. Salmanova daha əvvəl CBC Sport və İTV kanallarında aparıcı kimi fəaliyyət göstərib.
Xatırladaq ki, son günlər “Bakı Metropoliteni” QSC-də əməkdaşların mövcud əmək münasibətlərinə məcburi şəkildə xitam verilməsi ilə bağlı məlumatlar yayılmışdı. Qurum isə ötən gün açıqlama verərək bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib.
