Tramp: “Rusiya-Ukrayna müharibəsi heç vaxt başlamamalı idi”

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında Rusiya-Ukrayna müharibəsinin başlanmasının böyük səhv olduğunu deyib.

Onun sözlərinə görə, bu qarşıdurma ümumiyyətlə baş verməməli idi.

“Prezident Putin dünən Cared Kuşner və Stiv Uitkoffla çox yaxşı görüş keçirib. Bu görüşdən hansı nəticəyə gəldiyini deyə bilmərəm, çünki tanqo üçün iki nəfər lazımdır”, – Tramp bildirib.