Naxçıvanın bəzi ərazilərində qaz təchizatında fasilə olacaq

Azərbaycan.media xəbər verir ki, bu gün Naxçıvan şəhərinin bəzi ərazilərində təbii qazın verilişində müvəqqəti fasilə yaranacaq.

Şəhərin 6-cı məhəlləsində korroziyaya uğramış boruların təmiri ilə əlaqədar saat 14:30-dan 16:30-dək 840 abonentin qaz təchizatı dayandırılacaq.