“Trampın planı kapitulyasiya yox, zərurətdir”
“AzPolitika” xəbər verir ki, bunu “Vladimir Putinin filosofu” adlandırılan, şovinsist və imperiyaçı nəzəriyyələri ilə tanınan Aleksandr Duqin son efirlərinin birində deyib.
O etiraf edib ki, Rusiya çətin iqtisadi vəziyyəti səbəbindən Qərblə savaşmaq gücündə deyil və buna görə də Donald Trampın təklif etdiyi sülh planı Rusiya üçün zəruri, qəbul edilməli sənəddir: “İqtisadi müharibə elə bir zəif yerimizi açıb ki, onu yalnız qəhrəmancasına dayanmaqla dəf etmək mümkün deyil. Rusiya sivilizasiya kimi məğlub olmayıb, lakin o, etiraf etməlidir ki, hazırkı mərhələdə güclər bərabər deyil. Və ABŞ tərəfindən təklif olunan müqavilə kapitulyasiya yox, zərurət kimi qəbul edilməlidir”.
Bununla da Duqin “Tramp planı”nın Rusiya üçün məqbul, hətta hazırkı ağır iqtisadi durumda zərurət, xilas kimi qəbul olunmasına tərəfdar çıxıb.

Aleksandr Duqin isə növbəti efirində bu dəyişikliklərin Rusiya üçün qəbuledilməz olacağını bildirib və bunu qəbul edəcəyi halda, Trampın “ağlının başında olmasına” şübhə ilə yanaşdığını qeyd edib: “Əgər Tramp sülh istəyirsə, o, Ankoricdə bizimlə razılaşdığı sülh müqaviləsi versiyasını yeritməlidir. Əgər onun müştəri dövlətləri(Avropa və Ukraynanı nəzərdə tutur-red.) zatən kompromisli olan bu plana bir şey əlavə etsələr, Rusiya sadəcə onu rədd edəcək.
Tramp ağlı başındadırsa (ağlı başındadırmı?), bunu bilməyə bilməz. Əgər Tramp ABŞ-nin hesabına yaşayan müştəri dövlətlərə nəyisə güzəştə gedərsə, bu, o deməkdir ki, Tramp sülh istəmir, yaxud çox da güclü istəmir. O, mövqeyini o qədər tez-tez dəyişib ki, ondan hər şey gözləmək olar.
ABŞ hələ də güclü bir dövlətdir, lakin bütövlükdə Qərb kimi, getdikcə uçuruma doğru sürüşür. Qərb isə açıq şəkildə bəşəriyyətin qalan hissəsini də ora sürükləmək istəyir.
Rusiyanın uçurum üçün öz planları var. Tariximizin fərqli bir təyinatı var. Bu, müqəddəs sivilizasiya müharibəsini qaçılmaz edir. Beləliklə, Qərbə və rus dünyası satqınlarına qarşı müharibə gəlir. Və o, Qələbəyə qədər (və ya dünyanın sonuna qədər) davam edəcək”.
Budur, təəssüf ki, müasir Rusiya Duqin kimi “filosoflar”ın nəzəriyyələri, baxışları ilə yaşayır. Bu isə “Ağıllınız kimdir? Qabaqda gedən zəncirli” misalını xatırladır. Özü də təəssüf ki, bu misal təkcə Rusiya deyil, qarşı tərəfə də aiddir…
“AzPolitika.info”
