🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ailədaxili mübahisələrin əsas səbəbləri və həll yolları açıqlanıb

Azərbaycan.media  saytının “Qaranlıqdan işığa” rubrikası çərçivəsində bu mövzuda faydalı tövsiyələri təqdim edirik.

Azərbaycan.media xəbər verir ki, ailə münasibətlərində zaman-zaman yaşanan mübahisələr insanların fərqli düşüncə və gözləntilərindən qaynaqlanır. Mövzu ilə bağlı təqdim olunan yeni məqalədə ailədaxili mübahisələrin yaranma səbəbləri və onların həlli üçün praktik üsullar izah edilib.

Mütəxəssislərin fikrincə, ailə üzvləri arasında fərqli gözləntilər və dəyərlər anlaşılmazlıqlara səbəb olur. Həmçinin ünsiyyət çatışmazlığı, gündəlik stress, maliyyə çətinlikləri və ailə daxilində rolların qeyri-müəyyənliyi mübahisə riskini artıran əsas amillərdir.

Məqalədə ailə çərçivəsində yaranan mübahisələrin həlli üçün bir sıra effektiv üsullar da tövsiyə edilir. Bunlara səmimi ünsiyyətin qurulması, müzakirələr üçün xüsusi zaman ayrılması, emosiyaların idarə olunması, kompromis tapılması və ailə üzvlərinin bir-birini dəstəkləməsi daxildir. Zəruri hallarda peşəkar psixoloq və ya terapevt yardımının alınması da vacib hesab olunur.

Müəllif: Almara AĞAQIZI

“PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin rəhbəri
📞 +994 50 207 80 04
 Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər Akademiyası metrosu yaxınlığı

Mənbə: Azərbaycan.media