Azərbaycan.media xəbər verir ki, Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda yerləşən tarixi Müqəddəs Sərkis erməni kilsəsində genişmiqyaslı bərpa işləri davam etdirilir. Ötən il başlanılan layihə çərçivəsində 500 illik ibadət məkanının ilkin memarlıq quruluşu qorunmaqla yenidən bərpası nəzərdə tutulur.
Məlumata görə, bu, Diyarbəkirdə təmir edilən ikinci erməni kilsəsidir. Bundan əvvəl Müqəddəs Kirakos kilsəsi yenidən qurulmuşdu. Müqəddəs Sərkis kilsəsinin bərpa layihəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiqlənib və kompleks şəkildə həyata keçirilir. Layihəyə ərazidə abadlıq işlərinin görülməsi, emalatxanaların, konfrans və sərgi zallarının inşası daxildir.
Kilsənin təmirinin ümumi dəyərinin təxminən 60 milyon lirə — təqribən 1,4 milyon dollara bərabər olduğu bildirilir.
