Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan.media xəbər verir ki, Taxt-Tacın dövlət və beynəlxalq təşkilatlar üzrə katibi arxiyepiskop Riçard Qallager ilə görüş keçirilib. Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb.

Görüş zamanı Azərbaycan Respublikası ilə Müqəddəs Taxt arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib. Tərəflər beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq imkanlarına da toxunublar.

Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə yüksək səviyyəli səfərlərin artan dinamikasının qorunmasının vacibliyi qeyd olunub. Xüsusilə, Azərbaycan Prezidentinin Vatikana rəsmi səfərləri, Birinci vitse-prezident Mehriban Əliyevanın bu ilin oktyabrında Müqəddəs Taxt-Taca həyata keçirdiyi səfər, eləcə də həmin səfər çərçivəsində keçirilmiş görüşlərin əhəmiyyəti vurğulanıb.

Bundan əlavə, Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Taxt-Tacda icra olunmuş və gələcəkdə nəzərdə tutulan humanitar xarakterli mühafizə və bərpa layihələri məmnunluqla xatırlanıb. Mehriban xanım Əliyevanın “Bambino Gesu” pediatrik xəstəxanasını ziyarəti və bu sahədə əməkdaşlığın əhəmiyyəti də xüsusi qeyd edilib.