Azərbaycan.media xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrinə — o cümlədən restoran və şadlıq saraylarının məsul şəxslərinə rəsmi xəbərdarlıq edib.
Bu barədə AQTA-nın Bakı regional bölməsinin rəisi Elşad Cəbrayılov məlumat verib. O bildirib ki, yalnız baytarlıq nəzarətindən keçmiş, rəsmi qeydiyyatı olan heyvan kəsimi məntəqələrindən alınan və baytarlıq sənədləri ilə müşayiət olunan ətlərdən istifadə edilməlidir.
“Agentlik tərəfindən reydlər həyata keçiriləcək. Tələblərə əməl etməyən ictimai iaşə müəssisələri, xüsusilə restoran və şadlıq sarayları barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək”, — deyə AQTA rəsmisi vurğulayıb.
Oxundu: 12
