🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Ukrayna ilə bağlı siyasi nizamlanma prosesi həlledici mərhələyə daxil olub”

Azərbaycan.media xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Ukrayna üzrə siyasi nizamlanma prosesinin artıq həlledici mərhələyə qədəm qoyduğunu bildirib.

APA-nın “BFMTV” telekanalına istinadən yaydığı məlumata görə, Makron bu fikri “istəkli ölkələr koalisiyası”nın iclasında səsləndirib.

“Biz həlledici mərhələdəyik. Danışıqlar yeni impuls qazanıb və bu fürsətdən maksimum istifadə etməliyik”, – deyə Fransa lideri vurğulayıb.