🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Zəngilan sakinlərinə sosial müdafiə və mina təhlükəsi ilə bağlı maarifləndirici tədbir keçirilib

Azərbaycan.media xəbər verir ki, Zəngilan şəhərinin sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi barədə məlumatlandırılıblar. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Dövlət Komitəsində keçirilən tədbirdə məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı məsələlər müzakirə olunub. Qeyd edilib ki, vahid aylıq müavinət daimi yaşayış yerinə qayıtmış şəxslər üçün üç il müddəti başa çatdıqdan sonra dayandırılacaq. Tədbir zamanı mina təhlükəsinə dair hazırlanmış maarifləndirici videoçarxlar da nümayiş etdirilib.

Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Dövlət Komitəsi tərəfindən aidiyyəti şöbələr, yerli nümayəndəliklər və Mənzil-Kommunal İstismar Sahələri vasitəsilə məcburi köçkünlərlə mütəmadi maarifləndirici görüşlər keçirilir, sosial müdafiə ilə bağlı məlumat kitabçaları və broşürlər hazırlanaraq paylanılır, videoçarxlar çəkilərək ictimaiyyətə təqdim olunur.