🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Türkiyə Qəzza sülh prosesində mərkəzi rol oynaya bilər”

Azərbaycan.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İsrailin etirazlarına baxmayaraq, Türkiyənin Qəzzada atəşkəsin əldə olunması və bölgənin yenidən qurulması prosesində əsas rol oynaya biləcəyinə inanır.

“Washington Post” nəşrində dərc olunan “Tramp Türkiyənin Qəzza sülhündə mərkəzi rol oynadığını görür, lakin İsrail buna etiraz edir” sərlövhəli məqalədə bildirilir ki, ABŞ lideri Yaxın Şərqdə sülh təşəbbüslərində Ankaranın fəal iştirakını istəyir.

Məqalədə vurğulanır ki, İsrail Türkiyənin bölgədə artan nüfuzundan və Ankara ilə HƏMAS arasındakı münasibətlərdən narahatdır. Buna görə də rəsmi Təl-Əviv Trampın bu mövqeyinə etiraz edib.

Ekspertlər hesab edirlər ki, Türkiyənin Qəzza prosesində fəal iştirakı Ankara-Vaşinqton münasibətlərini möhkəmləndirə və Türkiyənin regional diplomatik güc kimi mövqelərini daha da artırmağa imkan verə bilər.