🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Masallıda 1 nəfər su anbarında batdı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Masallı rayonunun İsi kəndi yaxınlığında Viləşçay su anbarında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

FHN-dən Publika.az-a verilən məlumata görə, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.