🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda yağıntılı hava davam edir – bəzi bölgələrdə qar yağır

Azərbaycan.media xəbər verir ki, aprelin 29-u saat 11:00-a olan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisinin əksər hissəsində yağıntılı hava müşahidə olunur. Bəzi bölgələrdə yağıntılar qısamüddətli, lakin intensiv xarakter daşıyır.
Bildirilib ki, dağlıq ərazilərdə – Şahdağ, Quba (Xınalıq, Qrız), Qusar (Laza) istiqamətlərində qar yağır, digər ərazilərdə isə yağış müşahidə olunur.
Düşən yağıntının miqdarı Qəbələdə 17 mm, Oğuzda 12 mm, Göyçayda 9 mm, Şəki və Qaxda 8 mm, Yevlax, İsmayıllı, Göygöl və Şahbuzda 6 mm təşkil edib. Şamaxı, Xızı, Xaltan, Ağsu və Naftalanda 5 mm, Mingəçevir, Kürdəmir və Qobustanda 4 mm, Şabran, Daşkəsən, Tərtər, Bərdə, Zərdab və Gədəbəydə 3 mm yağıntı qeydə alınıb.
Bakıda və Abşeron yarımadasında, eləcə də Beyləqan, Quba, Yardımlı, Ağdam, Goranboy və Ordubadda 2 mm, digər rayonlarda isə 1 mm-dək yağıntı düşüb.
Hazırda ölkə üzrə qeyri-sabit hava şəraiti davam edir.