🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Nizami Kino Mərkəzinə yeni rəhbər təyin olunub

Azərbaycan.media xəbər verir ki, Nizami Kino Mərkəzinin direktoru vəzifəsində dəyişiklik baş verib.
Məlumata görə, Əli-Səttar Quliyev müqavilə müddətinin başa çatması ilə əlaqədar olaraq vəzifəsindən ayrılıb. Bu məlumat Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən də təsdiqlənib.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, hazırda Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir.
Qeyd edək ki, Əli-Səttar Quliyev 2024-cü ilin avqust ayında bu vəzifəyə təyin olunmuşdu. O, hazırda Azərbaycan Respublikasının Kino Agentliyində Bədii Şuranın üzvü kimi fəaliyyətini davam etdirir.