🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İsrailin Livana zərbələri nəticəsində ölən və yaralananların sayı artıb

Azərbaycan.media xəbər verir ki, İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub-şərq bölgəsinə endirdiyi aviazərbələr nəticəsində son sutka ərzində azı 13 nəfər həlak olub, 59 nəfər isə yaralanıb.
Bu barədə məlumatı Livanın Səhiyyə Nazirliyi “X” sosial şəbəkə hesabında yayıb.
Nazirliyin açıqlamasına görə, martın 2-dən başlayan hərbi gərginlikdən bəri ümumilikdə ölənlərin sayı 2 534 nəfərə, yaralananların sayı isə 7 863 nəfərə yüksəlib.
Bildirilib ki, İsrailin Livanın cənub və şərq bölgələrində “Hizbullah”a məxsus hədəflərə zərbələrini davam etdirməsi fonunda itkilərin artma ehtimalı qalır.