Azərbaycan.media xəbər verir ki, Bakının Xətai rayonunda dəm qazından zəhərlənmə hadisəsi ölümlə nəticələnib.
Hadisə R. Bağırov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb. İlkin məlumata görə, Neftçala rayon sakini, 2009-cu il təvəllüdlü H.Mustafayevin kirayədə yaşadığı mənzilə qonaq gələn Ağdaş rayon sakini, 2007-ci il təvəllüdlü Y.Atayev və Yevlax rayon sakini, 2012-ci il təvəllüdlü T.Babayeva hamam otağında olarkən dəm qazından zəhərləniblər.
Nəticədə 19 yaşlı Y.Atayev hadisə yerində həyatını itirib. T.Babayeva isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
