🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Kredit ittifaqlarının zərəri azalıb – maliyyə göstəriciləri açıqlanıb

Azərbaycan.media xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqları bu ilin ilk rübünü 0,7 milyon manat zərərlə başa vurub.
Azərbaycan Mərkəzi Bankına istinadən verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə azdır.
Hesabata əsasən, yanvar-mart aylarında kredit ittifaqlarının ümumi gəlirləri 0,6 milyon manat təşkil edib və bu, illik müqayisədə dəyişməyib. Xərclər isə 25 faiz azalaraq 0,3 milyon manat olub.
Eyni zamanda, xüsusi ehtiyatlara ayırmalar 2 dəfə azalaraq 1 milyon manat səviyyəsində qeydə alınıb.
Qeyd olunur ki, zərərin azalması kredit ittifaqlarının maliyyə vəziyyətində nisbi sabitliyin yarandığını göstərir.