🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xaricdə saxlanılan axtarışda olan azərbaycanlıların ölkəyə gətirilməsi gözlənilir

Azərbaycan.media xəbər verir ki, beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşlarının yerləri müəyyən edilərək saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, dələduzluq maddəsi ilə başlanmış cinayət işləri üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Muraz Qurbanov Birləşmiş Ərəb Əmirlikləri ərazisində, Suraxanı RPİ tərəfindən axtarışda olan Əlağa İsmayılov Ukraynada, Sumqayıt ŞPİ tərəfindən axtarışda olan Elmir Nuriyev isə Almaniyada müəyyən edilərək İnterpol kanalları vasitəsilə saxlanılıblar.
Bildirilib ki, DİN-in İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxslərin aidiyyəti qurumlarla birgə Azərbaycana gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.