🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xaçmazda dərman qəbulundan sonra ölüm hadisəsi baş verib

Azərbaycan.media xəbər verir ki, Xaçmaz rayonunda ehtiyatsızlıq nəticəsində ölüm hadisəsi qeydə alınıb.
Məlumata görə, aprelin 26-da saat 12 radələrində 1976-cı il təvəllüdlü Faiq Ələsgərov yaşadığı Hacıəlibəy kəndində evində ehtiyatsızlıqla dərman preparatları qəbul edib.
O, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib və aprelin 28-də tibb müəssisəsində həyatını itirib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.