Azərbaycan.media xəbər verir ki, Kürdəmir rayonunda baş verən yanğın hadisəsi ölümlə nəticələnib.
Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Ümumi sahəsi 150 kvadratmetr olan birmərtəbəli yaşayış evində baş verən yanğın zamanı ev sahibi Fikrət Eminov yanaraq həyatını itirib.
Məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın operativ şəkildə söndürülərək alovun genişlənməsinin qarşısı alınıb.
Eyni zamanda, əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb edilib.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
