Azərbaycan.media xəbər verir ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İrəvanda səfərdədir.
Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, səfərlə bağlı əlavə detalları yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.
Şahin Mustafayev həmçinin Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının sədridir. Onun rəhbərlik etdiyi komissiya çərçivəsində iki ölkə arasında sərhəd məsələlərinin müzakirəsi aparılır.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyaların son görüşü ötən il noyabrın 28-də Qəbələ şəhərində keçirilmişdi.
