🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Yevlaxda ağır qəza: azyaşlı həyatını itirdi

Azərbaycan.media xəbər verir ki, Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə aprelin 29-da gecə saatlarında Yevlax–Ləki yolunda qeydə alınıb. Şuşa şəhərindən olan keçmiş məcburi köçkün Şakir Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobildə sükan nəzarətini itirərək nəqliyyat vasitəsini yolun kənarındakı kanala aşırıb.
Qəza nəticəsində avtomobildə olan 2016-cı il təvəllüdlü Südabə Əliyeva hadisə yerində həyatını itirib. Sürücü Ş.Həsənov isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
İlkin məlumata görə, Ş.Həsənov ailəsi ilə birlikdə Şuşa istiqamətində hərəkətdə olub. Bildirilir ki, sürücü sükan arxasında yuxulayıb və bu səbəbdən avtomobil yoldan çıxaraq aşıb.
Faktla bağlı araşdırma aparılır.