🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xabarovskda Rusiya generalına qarşı sui-qəsd cəhdi iddiası – partlayış baş verib

Azərbaycan.media xəbər verir ki, Rusiyanın Xabarovsk vilayətində Rusiya Silahlı Qüvvələrinin general-mayoru Azatbek Omurbekova qarşı sui-qəsd cəhdi olduğu iddia edilir.
Rusiya teleqram kanallarında yayılan məlumatlara görə, hadisə zamanı partlayıcı qurğu poçt qutusuna yerləşdirilib. Məlumata əsasən, partlayış nəticəsində generalın vəziyyəti barədə dəqiq informasiya yoxdur.
Bildirilib ki, hadisə yerində təlim rabitəsi batalyonunun komandiri, polkovnik-leytenant Kuzmenko həyatını itirib.
Qeyd olunur ki, Azatbek Omurbekov 2022-ci ildə Ukraynanın Buça şəhərində baş vermiş hadisələr zamanı 64-cü əlahiddə motoatıcı briqadanın komandiri kimi fəaliyyət göstərib.
Hadisə ilə bağlı Rusiya rəsmiləri tərəfindən hələlik rəsmi açıqlama verilməyib.