🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Paşinyan metro insidentinə görə üzr istədi

Azərbaycan.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Pashinyan metroda baş verən insidentlə bağlı səsini yüksəltdiyi qadın və onun oğlundan üzr istəyib.
O, “Facebook” səhifəsində canlı yayım zamanı açıqlama verərək bildirib ki, səsləndirdiyi fikirlər forma və məzmun baxımından düzgün olmayıb:
“Mən düzgün forma və məzmundan kənar deyilənlərə görə üzr istəyirəm. Hörmətli Mosiyan xanım, bu emosiyalara görə sizdən və oğlunuzdan üzr istəyirəm və ümid edirəm ki, yenidən metroda və ya başqa yerdə görüşüb sakit söhbət etmək imkanı olacaq”.
Baş nazir qeyd edib ki, qarşı tərəfin görüşdən imtina edə biləcəyini anlayır və bunu qəbul edir. O, bəzi fikirləri yanlış ton, mimika və jestlərlə ifadə etdiyini də etiraf edib.
Nikol Pashinyan əlavə edib ki, cari hadisələrə həddindən artıq emosional reaksiya verməsi onun çatışmazlıqlarından biridir.
Qeyd edək ki, hadisə Yerevan metrosunda baş verib. Belə ki, Paşinyan Qarabağdan köçdüyünü iddia edən bir qadınla mübahisə edib.