Azərbaycan.media xəbər verir ki, Tehran şəhərində bir sıra güclü partlayışlar baş verib.
Məlumata görə, Al Jazeera telekanalının müxbiri Sühaib əl-Əsa bildirib ki, partlayışlar miqyası və intensivliyi baxımından indiyədək görünməmiş səviyyədə olub. Şəhərin xüsusilə şərq hissəsinin ağır zərbə aldığı qeyd edilir.
İran mediası paytaxtın 1, 4, 11, 13 və 21-ci rayonlarında “dəhşətli partlayışlar”ın baş verdiyini yazır. Hazırda dağıntıların miqyası və mümkün itkilərlə bağlı məlumatlar dəqiqləşdirilir.
Zərər çəkmiş ərazilər arasında paytaxtın şərq kənarında yerləşən Şəhid Babai avtomagistralı və Qarmdar yaxınlığındakı yaşayış məntəqələri də var. Bundan əlavə, dövlət qurumları, ticarət obyektləri və yaşayış evlərinin sıx yerləşdiyi Hafiz və Cümhuri küçələrinin kəsişməsində də güclü partlayış qeydə alınıb.
