Azərbaycan.media xəbər verir ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 44,2 min ton şəkər və qənd istehsal olunub.
Dövlət Statistika Komitəsi məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 33,5% çoxdur.
Martın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 18,9 min ton təşkil edib.
Hesabat dövründə, həmçinin 1 milyon 549 min ton şəkərli qənnadı məmulatları istehsal olunub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,1% artım deməkdir.
Bununla yanaşı, cari ilin ilk iki ayında Azərbaycandan xarici bazarlara 13 milyon 983 min ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edilib. Bu göstərici illik müqayisədə 4,1 dəfə artıb.
Eyni dövrdə idxalın dəyəri isə 32 milyon 998 min ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,3% azalma olduğunu göstərir.
