🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Nyu-Yorkda hava limanında təyyarə qəzası – yaralananlar var

Nyu-Yorkda hava limanında təyyarə qəzası – yaralananlar var
Azərbaycan.media xəbər verir ki, LaGuardia Airport hava limanında “Air Canada Express” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəza törədib. Bu barədə Reuters məlumat yayıb.
Bildirilib ki, təyyarə eniş zamanı hava limanında fəaliyyət göstərən yanğınsöndürən maşına çırpılıb. Hadisə nəticəsində maşında olan 5 yanğınsöndürən ağır xəsarət alıb.
Eyni zamanda, təyyarədə olan 100 sərnişin arasında da xəsarət alanların olduğu qeyd edilib.
Qəza ilə əlaqədar hava limanının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və araşdırmalara başlanılıb.