Azərbaycan.media xəbər verir ki, Şirvan sakini, 1965-ci il təvəllüdlü Mənəfova Sevil Mirağa qızı kimyəvi maddədən zəhərlənərək həyatını itirib.
Məlumata görə, o, yüksək konsentrasiyalı sirkə – “essensiya” turşusundan zəhərlənmə nəticəsində ağız, boğaz, qida borusu və mədədə kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Həkimlərin intensiv müalicə tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
