🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Oman millisinin gəlməsi mümkün olmadı: “FIFA Series” turnirində format dəyişəcək

Azərbaycan.media xəbər verir ki, “FIFA Series” turnirində iştirak edəcəyi gözlənilən Oman milli komandası Azərbaycana səfər etməyəcək.
Məlumata görə, buna səbəb Yaxın Şərqdəki mövcud vəziyyətdir və Oman millisinin səfəri hazırda mümkün görünmür. Bu səbəbdən turnirin formatında dəyişiklik edilməsi planlaşdırılır.
Əvvəlcədən nəzərdə tutulmuş plana əsasən, Azərbaycan martın 27-də Sent-Lusiya milli komandası ilə, Oman isə Syerra-Leone milli komandası ilə qarşılaşmalı idi. Oyunların qalibləri finalda, məğlublar isə üçüncü yer uğrunda matçda iştirak edəcəkdi.
Lakin indi turnirdə yalnız üç komanda qaldığı üçün yarışın formatının dəyişdirilməsi gözlənilir.