🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini oldu

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Prezidenti tərəfindən imzalanan sərəncama əsasən, Rəşad Həsənov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
Məlumata görə, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən açıqlama verilib.
Qeyd edək ki, Rəşad Həsənov 1987-ci ildə Şəmkir rayonunda anadan olub. O, 2004–2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universiteti-də beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb.
Daha sonra 2009–2010-cu illərdə University of Glasgow-da iqtisadi və maliyyə sektorlarının idarə edilməsi üzrə magistr təhsili alıb.
2016-cı ildə isə Deakin University-də iqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülüb.

 

Azərbaycan.media