Azərbaycan.media xəbər verir ki, ABŞ-ın Pensilvaniya Universiteti Tibb Kolleci alimləri apardıqları tədqiqat nəticəsində demensiya da daxil olmaqla idrak pozğunluğuna səbəb olan beyin xəstəliklərinin xroniki yuxu çatışmazlığının nəticəsi ola biləcəyini müəyyən ediblər.
Tədqiqat göstərib ki, gecə altı saatdan az yatmaq və yuxusuzluq insanda davamlı koqnitiv problemlərin yaranmasına gətirib çıxarır. Ekspertlər bildirirlər: “Yuxusuzluğun müntəzəm olmaması idrak qabiliyyətinin pozulmasına, o cümlədən demensiya riskinin ikiqat artmasına səbəb olur.”
Alimlər yuxu problemi olan insanların yatma vərdişlərini müşahidə edərək beyin xəstəliklərinin yuxusuzluqla bağlı yaranma yollarını müəyyən ediblər. Ən çox qarşılaşılan problemlər vaxtında yuxuya gedə bilməmək və gecə tez-tez oyanmaq kimi özünü göstərir. Bu vəziyyət beynin tam istirahət etməsinə və zərərli maddələrdən təmizlənməsinə imkan vermir, nəticədə isə beyin xəstəlikləri və digər təhlükəli anormallıqların riski artır.
Tədqiqatçılar həmçinin yuxusuzluğa və az yuxulamağa səbəb ola biləcək beş təhlükəli xəstəliyin adını açıqlayıblar. Onların fikrincə, “Yuxu pozğunluğu olan orta yaşlı və yaşlı insanlarda vaxtından əvvəl demensiyaya daha çox rast gəlinir. Bundan əlavə, yuxu çatışmazlığı ürək-damar və endokrin xəstəliklərin, o cümlədən şəkərli diabet, depressiya və bir sıra psixi pozğunluqların inkişafına səbəb olur.”
