Azərbaycan.media xəbər verir ki, ABŞ prezidenti Donald Trump-ın qızı Ivanka Trump sosial şəbəkədə diqqət çəkən paylaşım edib.
Məlumata görə, İvanka Tramp “Aspen” adlı haski cinsindən olan it balasını sahibləndiyini açıqlayıb. O, paylaşdığı fotoda pilləkəndə oturaraq yeni ev heyvanını qucağında saxlayıb.
Sosial şəbəkə istifadəçilərinin marağına səbəb olan paylaşımda İvankanın ev heyvanı ilə səmimi görüntüləri diqqət çəkib. Bundan əlavə, onun makiyajsız fotosu da izləyicilər tərəfindən geniş müzakirə olunub.
İvanka Tramp paylaşımına “Ailəyə xoş gəldin, Aspen” sözlərini əlavə edib.
