🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sabah hava dəyişəcək: bəzi bölgələrdə yağış, dolu və qar gözlənilir

Azərbaycan.media xəbər verir ki, martın 23-nə olan hava proqnozu açıqlanıb.
Məlumata görə, Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında bəzi ərazilərdə duman və zəif çiskin müşahidə oluna bilər. Şimal-qərb küləyi əsəcək.
Paytaxtda havanın temperaturu gecə 7-9°, gündüz isə 12-17° isti təşkil edəcək. Atmosfer təzyiqinin 759 mm civə sütunu, nisbi rütubətin isə 75-85% civarında olacağı gözlənilir.
Ölkənin digər rayonlarında isə hava şəraitinin bəzi yerlərdə yağıntılı keçəcəyi bildirilir. Ayrı-ayrı ərazilərdə yağıntının qısa müddətə intensivləşməsi, şimşək çaxması və dolu düşməsi ehtimal olunur. Dağlıq bölgələrdə qar yağacağı gözlənilir. Axşam saatlarına doğru yağıntılar tədricən kəsiləcək.
Rayonlarda havanın temperaturu gecə 7-10°, gündüz 15-20° isti, dağlıq ərazilərdə isə gecə 2-7°, gündüz 8-13°, bəzi yerlərdə isə 16° isti olacaq.