Azərbaycan.media xəbər verir ki, Marqarita Simonyan RT xəbər portalına verdiyi müsahibədə ailəsi ilə bağlı ağır açıqlama verib.
Onun sözlərinə görə, həyat yoldaşı Tiqran Keosayan komaya düşdükdən sonra ailədə daha bir ciddi problem üzə çıxıb.
“Uşaqlarımızdan birinin ağır xəstə olduğu məlum oldu. Bu xəstəliyi müalicə etmək mümkün deyil. Bu barədə danışmaq belə istəmirəm. Sadəcə bilmək istəyirəm ki, belə olmur. Bu, tam bir fəlakətdir”, – deyə o bildirib.
Qeyd edək ki, Marqarita Simonyanın özü də onkoloji xəstəliklə mübarizə aparır.
