🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İtkin düşən 4 nəfər polis tərəfindən tapılaraq ailələrinə təhvil verilib

Azərbaycan.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılıb.
Bildirilib ki, həmin şəxslər ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin kimi qeydə alınıblar.
Aparılan axtarış tədbirləri nəticəsində onların yerləri müəyyən edilərək tapılıblar və aidiyyəti üzrə ailələrinə təhvil verilib.