Azərbaycan.media xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti bütün Gürcüstanın katolikos-patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək məqsədilə Tbilisi şəhərinə səfər edib.
Nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və Baş nazirin müavini Samir Şərifov də yer alır.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan xalqının dərin hüzn və ehtiramını gürcü xalqına çatdıracaq.
Xatırladaq ki, II İlya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan olunub.
Patriarxla vida mərasimi Müqəddəs Üçlük Katedralindan Sioni Katedralina qədər yürüşlə müşayiət olunacaq.
II İlya bu gün saat 15:00-da Sioni Katedralinda dəfn ediləcək.
Azərbaycan.media
