🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Əliqismət Lalayev: “Yalan danışan insan mənim gözümdən düşür”

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev REAL televiziyasının “Yazı taxtası” verilişində səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Uzun illər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində və Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışan sənətkar ölkə mədəniyyətinə verdiyi töhfələrlə seçildiyini bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi kollektivlərdə hər zaman hörmət və rəğbət qazanıb.
Əliqismət Lalayev qeyd edib ki, kinli insan olmasa da, bəzi hadisələri heç vaxt unutmur:
“Mən kinli deyiləm. Amma bəzi şeylər var ki, heç vaxt yadımdan çıxmır. Unutmamaq hələ kinli olmaq demək deyil. Məncə, kinli insan qisas alan, qarşı tərəfə zərər vura bilən adamdır. Məndə bu yoxdur. Amma mənə qarşı olan pisliyi heç vaxt unutmaram”.
O, aparıcının “Heç vaxt nəyi bağışlaya bilməzsiniz?” sualına isə qəti mövqe sərgiləyib:
“Yalanı heç vaxt bağışlaya bilmirəm. İnsanı yalan danışmağa heç kəs məcbur edə bilməz. Bir insanın yalan danışdığını görəndə o, mənim gözümdən düşür. Düşünürəm ki, o şəxsə heç salam verməyə dəyməzmiş. Xüsusən də cəmiyyətdə müəyyən mövqeyi, nüfuzu olan vəzifə sahibi. Axı səni yalan danışmağa heç kim məcbur etmir. Heç tərəfdaşın da səndən yalan danışmağı tələb etmir. Bəs sən niyə yalan danışırsan? Əgər insanın canında bu xüsusiyyət yoxdursa, onu heç kim yalan danışmağa vadar edə bilməz. Məni heç kim yalan danışmağa sövq edə bilməz”.

 

Azərbaycan.media